Foto
Foto
  • Ana səhİfə
  • Haqqımızda
  • struktur
  • qalereya
  • AFİŞA
  • əlaqə
  • Ana səhİfə
  • Haqqımızda
  • struktur
  • qalereya
  • AFİŞA
  • əlaqə

TƏDBİRLƏR PLANI

    2022

  • May

    25

    30 illiyə həsr olunmuş yubiley konserti
    Saat: 17:00  |  Azərbaycan Dövlət Uşaq Filarmoniyası

    25 may 2022-ci il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının zalında gerçəkləşən təntənəli konsert proqramı ilə Uşaq Filarmoniyasının 30 illik yubiley konserti qeyd olundu. Əvvəlcə cənab nazir Anar Kərimov və qonaqlar üçün filarmoniyanın girişində “Bacarıqlı əllər” rəsm dərnəyinin istedadlı gənclərinin əl işlərindən ibarət sərgi nümayiş olundu. Həmçinin uşaq filarmoniyasının nəzdində fəaliyyət göstərən uşaq xalq çalğı alətləri ansamblı və ansamblın solistləri qonaqlara ruhumuzun qidası olan muğam və xalq mahnılarımızdan parçalar ifa etdilər.

    Tədbirə bax
  • 2021

  • Noyabr

    06

    Şanlı Qələbəmizin birinci ildönümü münasibətilə "Zəfər tədbiri"
    Saat: 15:00  |  Azərbaycan Dövlət Uşaq Filarmoniyası

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 1-dən 10-a qədər Vətən müharibəsinin ilk ildönümü münasibətilə silsilə Zəfər tədbirləri təşkil ediləcək.
    Artıq 1 ildir ki, birliyimizin, yenilməzliyimizin rəmzi olan bu tarix mədəniyyətin bütün sahələrinə sirayət edərək, zəfər ruhumuzu alovlandırır. Silsilə tədbirlər boyu mədəniyyət və incəsənət sevərlər əzəmətli qələbənin zərrəsinə çevriləcək.
    Tədbirlərə qələbənin təminatçıları olan qazi və Şəhid ailələri, qazilər, müharibə iştirakçıları dəvət olunacaq.

    Tədbirə bax
  • 2018

  • Mart

    13

    Buratinonun sərgüzəştləri
    Saat: 19:00  |  A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı.

    Azərbaycan Dövlət Uşaq Filarmoniyası sizi 13 mart saat 19:00 A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında keçirikəcək "Buratinonun sərgüzəştləri" adlı tamaşaya dəvət edir. Tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşov, səhnə tərtibatı isə Dilarə Əliyevaya məxsusdur...

  • 2017

  • Dekabr

    22

    Yeni İl Konserti
    Saat: 19:00  |  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

    Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili işində Azərbaycan Dövlət Uşaq Filarmoniyası da yaxından iştirak edir. Elə bu məqsədlə 22 dekabr 2017-ci il tarixi saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış etdi. Öz maraqlı çıxışları ilə zalda əyləşən tamaşaçıları qış nağılına aparan balacalar həm sevincli, həm də həyəcanlı idilər...

    Tədbirə bax
  • İyun

    07

    Uşaqlardan uşaqlara
    Saat: 19:00  |  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

    Azərbaycan Dövlət Uşaq Filarmoniyası 7 iyun 2017-ci il tarixində saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində balaca dostlarının görüşünə gələcək. Proqram zəngin repertuarı, fərqli nömrələri ilə seçilir. Konsert proqramında xalq rəqsləri, Azərbaycan bəstəkar əsərləri ilə yanaşı dünya xalqlarının rəqsləri də yer alacaq. Konsertdə rəqs ansamblı, kamera ansamblı, “Şəms” uşaq xoru, eləcə də Uşaq Xor Kapellasınının ifasında maraqlı çıxışlar gözlənilir. Biletləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasından əldə edə bilərsiniz.

    Tədbirə bax
  • 2016

  • Mart

    04

    "Qırmızı papaq" tamaşası
    Saat: 19:00  |  "Megafun" əyləncə mərkəzinin "Modern" teatrı

    Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Musiqili Uşaq Teatrı 4 mart 2017-ci il tarixində Şarl Perronun “Qırmızı papaq” tamaşası ilə görüşünüzə gələcək. Konsert “Megafun” əyləncə mərkəzinin “Modern” teatrında saat 19:00-da baş tutacaq. Tamaşanın rejissoru və ssenari müəllifi Elşad Rəhim-zadə, səhnə tərtibatı isə Dilarə Əliyevaya məxsusdur...

    Tədbirə bax
  • Dekabr

    20

    Yeni İl Konserti
    Saat: 19:00  |  Azərbaycan Dövlət Musiqili Komediya Teatrı

    20 dekabr saat 19:00 Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Yeni il” konsert proqramı ilə çıxış edəcək. Gecədə Uşaq filarmoniyasının Rəqs Ansamblı, Uşaq Xor Kapellası, “Şəms” uşaq xorunın çıxışları olacaq. Proqramda Azərbaycan xalq rəqsləri, bəstəkar mahnıları ilə yanaşı dünya ölkələrin rəqsləri və yeni ilə həsr olunmuş, dillər əzbəri olan mahnılar ifa olunacaq...

    Foto Qalereyaya bax
  • İyun

    01

    Qoğalın nağılı
    Saat: 11:00  |  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

    Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən və bir çox tamaşaları ilə böyük uğurlar əldə edən "Musiqili Uşaq Teatrı" 31 may və 1 iyun tarixlərində Gənc Tamaşaçılar Teatrında rus xalq nağılı motivləri əsasında Elşad Rəhimzadənin səhnələşdirdiyi “Qoğal ” adlı nağıl tamaşasını təqdim etdi. Tamaşanın səhnə tərtibatı Dilarə Əliyevaya, musiqisi Cahangir Zülfüqarova, mahnılarının sözləri isə Fikrət Musayevə məxsus idi. Tamaşadakı bütün nağıl personajları özünəməxsusluqları ilə seçilirdilər...

    Foto Qalereyaya bax
  • May

    31

    Qoğalın nağılı
    Saat: 13:00  |  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

    Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən və bir çox tamaşaları ilə böyük uğurlar əldə edən "Musiqili Uşaq Teatrı" 31 may və 1 iyun tarixlərində Gənc Tamaşaçılar Teatrında rus xalq nağılı motivləri əsasında Elşad Rəhimzadənin səhnələşdirdiyi “Qoğal ” adlı nağıl tamaşasını təqdim etdi. Tamaşanın səhnə tərtibatı Dilarə Əliyevaya, musiqisi Cahangir Zülfüqarova, mahnılarının sözləri isə Fikrət Musayevə məxsus idi. Tamaşadakı bütün nağıl personajları özünəməxsusluqları ilə seçilirdilər...

    Foto Qalereyaya bax
  • May

    31

    Rəqsə Səyahət Konserti
    Saat: 19:00  |  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

    Azərbaycan Dövlət Uşaq Filarmoniyası 31 may 2016-cı il tarixində saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Rəqsə səyahət” adlı konsert proqramı ilə çıxış etdi. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Rəqs ansamblı” 1991-ci ildə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında təşkil olunub. Hal-hazırda kollektivdə 4 yaşından 16 yaşınadək 250-dən çox uşaq məşğul olur. Uşaqlara milli rəqslərlə yanaşı dünya xalqlarının rəqsləri professional müəllimlər tərəfindən öyrədilir. "Rəqs ansamblı" fəaliyyət göstərdiyi illər ərzində bir çox müsabiqələrdə iştirak edib. Bu müsabiqələrdə kollektiv dəfələrlə müxtəlif mükafatlarla təltif olunub , o cümlədən, festivalların laureatı kimi adlara layiq görülüb...

    Foto Qalereyaya bax
  • May

    14

    "Sədəf" xalq çalğı alətləri ansamblının konserti
    Saat: 19:00  |  Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı

    14 may 2016-cı il tarixində saat 19:00-da Rəşid Behbudov adına Mahnı teatrının səhnəsində "Sədəf" xalq çalğı alətləri ansamblının konserti keçirildi. Konsertin proqramı kifayət qədər rəngarəng və maraqlı idi. Belə ki, konsertə gələnlər milli musiqimizin, həmçinin muğamın sehirli dünyasına qısa müddətlik də olsa səyahət etmiş oldular. Konsertdə instrumental və vokal intrumental nömrələr bir-birini əvəzləyirdi. V Muğam müsabiqəsinin qalibi Sədəf Buqadovanın, həmçinin Xəlili Ayxan, Ağayev Kənan, Abdullazadə İsanın səsindəki məlahət bütün zalın diqqətini özünə cəlb etmişdi...

    Foto Qalereyaya bax
  • Yanvar

    30

    Uşaq - Gənclər Xalq Çalğı Alətlərİ Orkestrının Konserti
    Saat: 17:00  |  Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası

    30 yanvar 2016-cı il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş konsert tədbiri keçirildi. Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq və Gənclər Xalq Çalğı Alətləri Orkestri çıxış etdi. İlk söz üçün səhnəyə orkestrin bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayev dəvət olundu. Ağaverdi Paşayev orkestr haqqında məlumat verərək qeyd etdi ki, bu kollektiv 7 ildir ki, fəaliyyət göstərir...

    Foto Qalereyaya bax
  • 2015

  • Dekabr

    25

    Rəngbərəng adlı rəsm sərgisi
    Saat: 18:00  |  MegaFun əyləncə mərkəzi

    Gerçəkliyin müxtəlif cəhətlərinin estetik surətdə mənimsəyən təsviri sənət dünyanı dərk etmənin bir forması kimi sosial həyatda mühüm rol oynayır və cəmiyyətin ideya tərbiyəsində güclü vasitədir. Bu baxımdan 25 dekabr 2015-ci il tarixində MegaFun əyləncə mərkəzində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən "Bacarıqlı əllər" adlı rəsm kollektivinin Yeni ilə həsr olunmuş "Rəngbərəng" adlı sərgisi xüsusi diqqətə layiqdir....

    Foto Qalereyaya bax
  • Dekabr

    23

    Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş konsert
    Saat: 19:00  |  Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası

    23 dekabr 2015-ci il tarixində saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Xor Kapellası, Uşaq Xor Kapellası və Uşaq Filarmoniyasının “Şəms” uşaq xorunun Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş konserti keçirildi. Proqramda Azərbaycan və Qərbi Avropa Bəstəkarlarının əsərləri səsləndi. İlk növbədə səhnəyə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Dilarə Əliyevanın bədii rəhbəri olduğu Uşaq Xor Kapellası çıxdı...

    Foto Qalereyaya bax
  • Dekabr

    21

    Uşaq Filarmoniyasının Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü konserti
    Saat: 19:00  |  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

    Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrilən Yeni il Azərbaycanda da insanların məişətinə daxil olub, xüsusilə uşaqların ən sevdiyi bayramlardan birinə çevrilib. Məhz bu bayramla əlaqədar olaraq hər il şəhərimizin müxtəlif konsert salonlarında uşaqlar üçün tədbirlər təşkil olunur. Bu konsertlərdən biri də dekabr ayının 21-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Gənc Tamaşaçılar Teatrında baş tutan "Yeni il" konserti idi...

    Foto Qalereyaya bax
  • Dekabr

    15

    Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “ Sədəf ” Xalq Çalğı Alətləri Ansamblının solo konserti.
    Saat: 19:00  |  Rəşit Behbudov adına Dövlət Mahnı Teatrı

    Ansamblın solistləri dəfələrlə beynəlxalq müsabiqə və festivallarda uğurla Azərbaycan milli musiqisini təmsil ediblər. 15 dekabr 2015-ci il saat 19:00-da R.Behbudov adına Mahnı Teatrının səhnəsində "Sədəf" xalq çalqı alətləri ansamblı konsert keçirməyi planlaşdırır. Konsertdə müxtəlif yaşlı solistlər iştirak edəcək. Repertuara muğam, təsnif və rənglər, xalq mahnıları, bəstəkar mahnıları daxildir....

    Foto Qalereyaya bax
  • Noyabr

    26

    “Şəngülüm, Şüngülüm, Məngülüm”
    Saat: 19:00  |  Abdulla Şaiq adına Dövlət Kukla Teatrı

    “Musiqili Uşaq Teatr”ı Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində filarmoniyanın rəhbəri, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Dilarə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Yarandığı gündən teatra Elşad Rəhimzadə rəhbərlik edir. Artıq 2 ildir ki, fəaliyyət göstərən “Musiqili Uşaq Teatrı” bir sıra uğurlu tamaşalara imza atmışdır. Belə maraqlı tamaşalardan biri də 26 noyabr 2015 -cı il tarixində Abdulla Şaiq adına Kukla teatrının səhnəsində baş tutdu...

    Foto Qalereyaya bax
  • İyun

    01

    Uşaqların Müdafiəsi Gününə həsr olunmuş konsert
    Saat: 19:00  |  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

    Uşaqlar bizim gələcəyimizdir. Onları qoruyub, gələcəyə sağlam, savadlı, layiqli övlad olaraq böyütmək hər birimizin borcudur. Bu səbəbdən də Azərbaycan Dövlət Uşaq Filarmoniyası 2016-cı il iyun ayının 1-də saat 19:00-da Uşaqların Müdafiəsi Günü ilə bağlı olaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində konsert proqramı ilə çıxış etdi. Bu həm də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qala konserti idi. Proqram olduqca zəngin və rəngarəng idi. Üç aya yaxındır ki, bu proqramı hazırlayan Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi, o cümlədən rəhbərliyi də uşaqlar qədər sevincli və həyəcanlı idi. Səhnə arxasında olan hazırlıq, məşqlər bunu açıq sübut edirdi. Öz balaca dostlarını təbrikə gələn bu balaca istedadlar gözəl çıxışları ilə, maraqlı geyimləri ilə tamaşaçıların zövqünü oxşamağı bacardılar....

    Foto Qalereyaya bax
  • Mart

    16

    Novruz bayramına həsr olunmuş konsert
    Saat: 19:00  |  Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı

    Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə cəmləyən böyük mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. “Novruz” – hərfi mənada “yeni gün” deməkdir. Azərbaycan xalqının təcrübəsində Novruz təqvim mərasimi olmaqdan çıxdıqdan sonra öz əhəmiyyətini azaltmamışdır. Bu da onun arxaik ritualdan gələn genetik əsaslara malik olmasının, başqa sözlə, bu xalqın öz bayramı olmasının təzahürüdür. Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır...

    Foto Qalereyaya bax
  • 2014

  • Dekabr

    22

    Bremen musiqiçilərinin Yeni il şənliyi
    Saat: 19:00  |  Azərbaycan Dövlət Musiqili Teatrı

    Müzikal dram, xoreqorafiya və opera sənətinin vasitələrinin qarşılıqlı əlaqələrindən istifadə edilərək yaradılan musiqili-səhnə janrıdır. Müzikalı bəzən musiqili komediya da adlandırırlar. Burada musiqi, dialoqlar və mahnılar bir-birini əvəz edir, xoreoqrafiya da eyni zamanda əhəmiyyətli rol oynayır. Bu janrın yaranmasına operetta, komik opera, vodevil janrları çox böyük təsir göstərmişdir. Müzikal həm səhnəyə qoyulması baxımından çətindir, eyni zamanda daha çox madiyyat tələb edən janrdır. İlk muzikal Nyu-Yorkda 1966-cı ildə səhnəyə qoyulub. Bu muzikal “Black Crook” adlanırdı. 20-30-cu illərdə yeni Amerika Bəstəkarlarının –Cerom Devid Kern,Corc Qerşin, Kol Porterin meydana çıxmasıyla müzikl həqiqi mənada yeni boyalar əldə edir...

    Foto Qalereyaya bax
  • İyun

    03

    Uşaqların Müdafiəsi Gününə həsr olunmuş konsert
    Saat: 19:00  |  Azərbaycan Dövlət Rus Dram Teatrı

    Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir. Bu mənada 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülərək qəbul edilmişdir. Həmin tarixdən etibarən dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu tarixlə əlaqədar olaraq ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının da 2013-cü il iyunun 3-də Rus Dram Teatrında Uşaqların Müdafiəsi Gününə həsr olunmuş konsert tədbiri baş tutdu...

    Foto Qalereyaya bax
  • May

    23

    Sumqayıt konserti
    Saat: 18:00  |  Bülbül adına 2 Nömrəli Uşaq İncəsənət Məktəbi

    23 may 2014-cün il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyası Sumqayıt şəhərində yerləşən Bülbül adına 2 Nömrəli Uşaq İncəsənət Məktəbinin qonağı oldu. Uşaq Filarmoniyası öz möhtəşəm konsert proqramı ilə Sumqayıt şəhərinin tamaşaçılarına xoş dəqiqələr bəxş etdi. Konsert proqramı hər iki mədəniyyət ocağında təhsil alan uşaqlar üçün əsl bayram sevinci idi. İlk olaraq səhnəyə qız və oğlanlardan ibarət rəqs kollektivi çıxdı. İfa etdikləri rəqs isə Oqtay Zülfiqarovun “Bayram Uvertürası” olur. Kollektivin çıxışından sonra səhnəyə aparıcı gələrək zalda əyləşən tamaşaçıları salamladı və bu dəfəki qonaqlarının Azərbaycan Dövlət Uşaq Filarmoniyası olmasından olduqca məmnun olduqlarını qeyd etdi. Öz çıxışından sonra səhnəyə qızlardan ibarət rəqs kollektivini dəvət etdi. Kollektiv “Brilliant” rəqsini ifa etdi...

    Foto Qalereyaya bax
  • May

    17

    Xalq Çalqı Alətləri Ansamblının konserti
    Saat: 18:00  |  Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı

    17 May 2014 - cü ildə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən Xalq Çalqı Alətləri Ansamblının konserti...

    Foto Qalereyaya bax
  • 2013

  • Dekabr

    25

    Yeni İl konserti
    Saat: 19:00  |  Azərbaycan Dövlət Rus Dram Teatrı

    25 əsrlik bir tarixə malik Yeni il bayramı, bu günümüzə qədər gəlib çıxmış və öz özəlliyini qoruyub saxlamağı bacarmışdır. Dünyanın bir çox ölkələrində sevilərək qeyd olunan bu bayram ölkəmizdə də xüsusi maraqla qarşılanır. Təbii ki, Yeni ilin gəlişinə hər kəsdən çox uşaqlar sevinir. Bu sevinclərini balaca dostları ilə paylaşmaq üçün Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi 25 dekabr 2013 cü il tarixində Azərbaycan Dövlət Rus Dram Teatrında Yeni il müansibəti ilə konsert tədbiri keçirtdi. Bu dəfəki konsert proqramı digərlərindən seçilirdi. Səhnəyə adət etdiyimiz kimi aparıcı yox, müəllimə çıxaraq - “Dərs başladı” - deyib səhnəni tərk etdi. Balaca qızlardan ibarət kollektiv isə kiçik xoreoqrafik elemetlərdən istifadə edərək rəqs etdilər...

    Foto Qalereyaya bax
  • İyun

    06

    Heydər Əliyevin doğum gününə həsr olunmuş konsert
    Saat: 19:00  |  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

    25 əsrlik bir tarixə malik Yeni il bayramı, bu günümüzə qədər gəlib çıxmış və öz özəlliyini qoruyub saxlamağı bacarmışdır. Dünyanın bir çox ölkələrində sevilərək qeyd olunan bu bayram ölkəmizdə də xüsusi maraqla qarşılanır. Təbii ki, Yeni ilin gəlişinə hər kəsdən çox uşaqlar sevinir. Bu sevinclərini balaca dostları ilə paylaşmaq üçün Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi 25 dekabr 2013 cü il tarixində Azərbaycan Dövlət Rus Dram Teatrında Yeni il müansibəti ilə konsert tədbiri keçirtdi. Bu dəfəki konsert proqramı digərlərindən seçilirdi. Səhnəyə adət etdiyimiz kimi aparıcı yox, müəllimə çıxaraq - “Dərs başladı” - deyib səhnəni tərk etdi. Balaca qızlardan ibarət kollektiv isə kiçik xoreoqrafik elemetlərdən istifadə edərək rəqs etdilər...

    Foto Qalereyaya bax
  • Aprel

    28

    "Azərsu" konserti
    Saat: 18:00  |  Azərbaycan Dövlət Uşaq Filarmoniyası

    Daun sindromu 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm" adlandırıb. Əslində bu sindromlu insanlar əlamətlərinə əsasən monqoloid irqinə mənsub şəxslərə bənzəyirlər. "Monqolizm" adı da bu səbəbdən işlədilib. Ancaq asiyalı alimlərin xəstəliyin "monqolizm" adlandırılmasına sərt reaksiyasından sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb. Daun xəstəliyi (və ya sindromu) xromosom saylarında olan patoloji dəyişikliklər nəticəsində əmələ gələn xəstəliklərdən ən çox təsadüf edilənlərdən biridir. Belə xəstələrdə xromosom dəstinin sayı 46 deyil, 47 olur (artıq olan 1 qeyri-cinsi xromosomdur). Bu xromosom dəsti ilə doğulanların psixiki inkişafı kəskin dərəcədə zəif olur...

    Foto Qalereyaya bax
  • Mart

    07

    8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş konsert
    Saat: 18:00  |  Bakı Musiqi Akademiyası

    7 Mart 2013 cü ildə Azərbaycan Dövlət Musiqi Akademiyasında 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş konsert...

    Foto Qalereyaya bax
  • 2012

  • Dekabr

    29

    Yeni İl konserti
    Saat: 19:00  |  Azərbaycan Dövlət Uşaq Filarmoniyası

    7 Mart 2013 cü ildə Azərbaycan Dövlət Musiqi Akademiyasında 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş konsert...

    Foto Qalereyaya bax
  • Dekabr

    02

    Ağaverdi Paşayevin rehberliyi ilə Xalq Çalğı Orkestrının konserti
    Saat: 19:00  |  Azərbaycan Dövlət Uşaq Filarmoniyası

    2 Dekabr 2012 - ci ildə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Ağaverdi Paşayevin rehberliyi ilə Xalq Çalqğı Orkestrının konserti keçirildi...

    Foto Qalereyaya bax

Azərbaycan Dövlət Uşaq Filarmoniyası

(+99412) 436-97-82

ADUF © 2013 • Bütün Hüqüqlar Qorunur

Design & Development by SEED
Foto