NOVRUZ BAYRAMI KONSERTİ - 2015

16 Mart 2015 - ci ildə Azərbaycan Dövlət Mahnı Teatrında Novruz Bayramına həsr olunmuş konsert.
Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə cəmləyən böyük mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. “Novruz” – hərfi mənada “yeni gün” deməkdir. Azərbaycan xalqının təcrübəsində Novruz təqvim mərasimi olmaqdan çıxdıqdan sonra öz əhəmiyyətini azaltmamışdır. Bu da onun arxaik ritualdan gələn genetik əsaslara malik olmasının, başqa sözlə, bu xalqın öz bayramı olmasının təzahürüdür. Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır. Ölkəmizdə bu bayram hər il xüsusi təntənə ilə qeyd olunur. Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Bakıda qədim adət ənənələrimizi əks etdirən konsert tədbirləri keçirilir. Maraqlı adət ənənələri özündə cəmləyən Novruz bayramı uşaqların da sevimli bayramlarından biridir. Məhz ona görə də bu bayrama uşaqlar da xüsusi hazırlaşırlar. Müxtəlif tədbirlər, konsert proqramları təşkil olunur. Belə konsertlərdən biri də 16 mart 2015-ci ildə Azərbaycan Dövlət mahnı teatrının səhnəsində uşaq filarmoniyasının Novruz bayramına həsr olunmuş konsert proqramı oldu. Konsertdə Azərbaycan milli nağlı olan “Cırtdanın nağılı” tamaşaçılara təqdim olundu.Azərbaycan folklorunun mühüm janrlarından biri olan nağıllarda xalqımızın çoxəsrlik tarixi, məişət tərzi, dünyagörüşü, adət- ənənələri, qəhrəmanlığı, mübarizəsi, istək və arzuları özünəməxsus şəkildə əks etdirildiyi kimi uşaqların təxəyyülünün, ana dilinin inkişafında mühümroloynayır. Cırtdan uşaqların sevimli nağıl persanajlarından biridir. Novruz xalqımızın milli bayramı olduğu üçün konset proqramı üçün seçilmiş musiqi nömrələri də xalq mahnıları və rənglərdən ibarət idi. İlk səhnə “Qarabağ şikstəsi” müşayiəti altında başladı. Daha sonra “Kilim arası” elan olundu və tamaşanın bütün iştirakçıları bir bir səhnəyə çıxaraq Novruz bayramının məşhur şeri olan “Ay, kos-kosa” şeirini səsləndirərək Keçəl və Kosanı çağırmağa başladılar. Ardıcıllıqla səhnəyə çıxan personajların çıxışları arasında xalq mahnıları və rəqsləri, azərbaycan bəstəkarlarının mahıları (“Ağ çiçəyim”) növbələşərək konsertə milli abu hava bəxş edirdi. Səhnəyə Keçəl və Kosa, onların ardınca xoruz, keçi və oğlanlardan ibarət rəqs qrupu çıxaraq öz maraqlı çıxşları ilə tamaşaçıların diqqətinə səbəb oldular. Bu çıxışlardan sonra “Cırtdanın nağılı”na başlandı. Səhnəyə bir qiz və bir oğlan gələrək nağılı danışmağa başlayırlar. Səhnə dekorasiyası, personajların geyimi bütünlüklə nağılın abu havasına rəngarəglik qatır. Daha sonra səhnədə Cırtdan görünür və Cırtdan öz mahnısın oxuyub bitirdikdən sonra nənəsi şikayətlənərək səhnəyə gəlir. Ardınca Cırtdan öz dostları ilə birlikdə meşəyə odun yığmağa gedirlər. Meşədə onların başına müxtəlif hadisələr gəlir və sonda onlar div ilə qarşılaşırlar. Lakin divin əlindən xilas olan cırtdan öz dostlarını da xilas edir. Konsertin sonunda isə bütün tamaşa iştirakçıları səhnəyə çıxır və birlikdə mahnı oxuyurlar.

FOTO QALEREYA