"Şəms" Uşaq Xoru
Dövlət Uşaq Filarmoniyasının "Şəms" uşaq xoru 2012-ci ildən bu müəssisədə fəaliyyət göstərir. Bu kollektivə 4-10 yaşarası uşaqlar qəbul olunur. Hal-hazırda repertuara azərbaycan, rus, alman və ingilis dillərində mahnılar daxildir. Bundan əlavə, burada uşaqlar səhnə mədəniyyəti qaydalarını öyrənir, vokal imkanlarını genişləndirir, həmçinin tələffüz aparatlarını inkişaf etdirirlər. Onuda qeyd edək ki, xorda ifa etmək onların davranışlarına da öz müsbət təsirini göstərir. Ümidvarıq ki, hər bir azərbaycanlı valideyin öz övladını sevə - sevə mədəniyyət sahələrinə yönəldəcək. Çünki o uşaqlar gələcəkdə başqa bir sənətin sahibi olacaqlarına rəğmən, öz dünya görüşləri ilə daim seçiləcəklər.