Foto
Foto
  • Ana səhİfə
  • Haqqımızda
  • Struktur
  • qalereya
  • AFİŞA
  • əlaqə
  • Ana səhİfə
  • Haqqımızda
  • Struktur
  • qalereya
  • AFİŞA
  • əlaqə

Üzeyir Hacıbəyli 140. Musiqi və sənət uşaq qəlblərindən.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən , Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirilir. Ənənəvi musiqi bayramı bu il dahi bəstəkar, maarifçi, ictimai xadim, milli mədəniyyətimizin təşəkkülündə müstəsna xidmətləri olmuş görkəmli şəxsiyyət Üzeyir Hacıbəylinin 140 illik yubileyinə təsadüf edir. Onun zəngin irsi və musiqi sahəsindəki əvəzsiz xidmətləri, incəsənətimizin inkişafı və ölkəmizin dünya mədəniyyətindəki mövqeyində dərin izlər buraxmışdır. Ü.Hacıbəylinin Şərqin ilk operası olan “Leyli və Mecnun”undan, öz vətənimizdə də imza atdığı digər “ilk”lərədək, hər bir yaradıcılıq nümunəsi mədəniyətimizin qiymətli inciləridir. Bu nümunələr professional musiqi janrlarımızın təməl daşı olmaqla bərabər, milli mədəniyyətimizin beynəlxalq aləmdə tanınmasına zəmin yaratmışdır. Bəstəkarın özünəməxsus musiqi dili və harmonik çalarları, onun hər bir əsərini zamanın irəliləyən mərhələlərində aktual edən xüsusiyyətlərdir.

FOTO QALEREYA

Azərbaycan Dövlət Uşaq Filarmoniyası

(+99412) 436-97-82

ADUF © 2013 • Bütün Hüqüqlar Qorunur

Design & Development by SEED
Foto