Musİqİlİ Uşaq teatrı
Filarmoniyanın nəzdində 2013-cü ildən bəri Uşaq teatr studiyası fəaliyyət göstərir. Bu illər ərzində bir çox nağıl tamaşalar uşaqların ifasında təqdim olunmuşdur. Bunlardan "Cırtdanın nağılı", "Bremen musiqiçiləri", "Yeni il səyahəti", "Nağıllar aləmində" tamaşalarını qeyd etmək olar. Teatr studiyası uşaqların dünya görüşünün inkişafına, teatr estetikasının dərk edilməsinə, uşaqların teatra sevgisini aşılayır.
Ümidvarıq ki, teatrda məşğul olan uşaqlar gələcəkdə qəlblərində teatr sevgisini daşımaqla kamil bir vətəndaş, yüksək estetik zövqə malik bir insan kimi yetişəcəkələr.
Musiqili Uşaq teatrının hal-hazırki bədii rəhbəri Elşad Rəhimzadədir.